Home CƏMİYYƏT Zəfər Bayramınız Mübarək!

Zəfər Bayramınız Mübarək!

by xeberleraz
27 views

Azərbaycan xalqının dəyərli və xeyirxah insanları,yetərincə tanınmış sənət adamları,şəxsiyyətləri haqqında təbrik və şeir yazmagı özümə borc bilirəm. Borçalı mahalınln dəyərli və əziz oglu,necə-necə Vətən övladlarına köməklik edən, dostluq edən, onlara kömək əlini uzadan, cınıq könüllərə ilham verən, insanın insan tək qədrini bilən, bütün cətinliklərə sinə gərən, vətənpərvər Azərbaycan oglu Dostluq Məşəli cəmiyyətinin üzvü, dahi sənətkarımız Aşıq Kamandar yadigarı, peşəkar aşıq, ruhumuza sıgal çəkən məlahətli və həzin səsilə, göydə Şahinləri, Qartalları saxlayan Aşıq Ramin Qarayevi Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edir, can saglıgı, işlərində ugurlar arzulayıb, hörmət və ehtiramımı poetik şəkildə bildirirəm..

Sizin təmiz ürəyiniz, nəgməylə bəzənsin, şeirlə gülsün.
Ömür payını sevinclə yaşa!

Aşıq Ramin Qarayevə Zəfər Sovqatı

 

Dəyərli Eloglu

Arzusu böyükdür məsləki dərin,
Şərəf-şöhrətidir obanın-elin.
İstər Aşıq bilin,ya Ozan bilin,
Qabili-istedad qanından gəlir.

Ruha qida verir hər bir söhbəti,
Amalı düzlükdür, var ədaləti.
Müqəddəs işlərdi onun adəti,
İdrakı şöhrəti qanından gəlir.
Nəsli-nəcabəti əsli-kökü var,

Qəlbinin odunu Tanrıdan alar.
Alqışa layiqdir,elə əl tutar,
Ruzu bərəkəti anından gəlir.
Aşıxdır hər zaman Allah amanı,
Yolu Haqq yoludu sən onu tanı.
Etdiyi əməldir onun ad-sanı,
Vətənə sevgisi canından gəlir.

Səmimi salamlarla, dərin hörmətlə:

Fərman Borçalı

Bu yazılara da göz atın...