Home CƏMİYYƏT Yaqut Qarayeva: “Süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”

Yaqut Qarayeva: “Süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”

by admin
22 views

“İndi əvvəlki dövrlə müqayisədə COVID-19 xəstələrindən süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”.

Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, buna səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:

“Təəssüf ki, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antibiotikdən istifadədən qaçmaq lazımdır”.

“Əgər xəstədə rezidens bakteriya aşkarlanırsa, xəstə və ona baxan tibb heyəti ayrılmalıdır. Amma buna indi imkanımız yoxdur. Biz hər xəstəyə bir tibb bacısı qoya bilmirik. Tibb işçilərimiz çətin rejimdə çalışırlar. Antibiotiklərin ev şəraitində istifadə edilməsində insanlarla yanaşı, həkimləri də vurğulamaq istəyirik.

Həkimlər özünü və xəstəsini sığortalamaq üçün antibiotik istifadə edirlər. Bu yanlışdır”, – deyə o əlavə edib.

yenilider.info

Bu yazılara da göz atın...