Home CƏMİYYƏT Xan nəslinin dəyərli nümayəndəsi Mehmalı Alıxanov – 60 illik yubileyi MÜNASİBƏTİLƏ…

Xan nəslinin dəyərli nümayəndəsi Mehmalı Alıxanov – 60 illik yubileyi MÜNASİBƏTİLƏ…

by admin
93 views

Əziz dostlar!

Günlər həftələnir, həftələr aylanır, aylar illənir, illər bir-birini qovduqca əsrləşir. Bəli, dəyərli dostlar, fəsillərdə estafeti bir birinə ötürür, dəyişir. Adətən insan ömrü heçdə fəsillərdən ayrılmır, bax beləcə, yaz, yay, payız, qış. Hamı bilir ki, payız ömrün bar-bəhərli dövrüdür. İnsanlar yaxın keçmişin canlı şahidləridir.

Həyatımız dəyərli və əziz eloğlularla, mən deyərdim ki, yetərincə zəngindir. Onları arayıb axtarmaq, səmərəli fəaliyyətini öyrənmək mənim üçün şərəfdir. Bu şəxsiyyətlər sanki zəkanın, mənəviyyatın insana və onun gələcəyinə inamın zirvəsində qərar tuturlar.

Bu günki günümüzün səbəbkarı, ömrünün bar-bəhrəli vaxtını yaşayan, dəyərli və xeyirxah eloğlum, sədaqətli dostum Mehmalı Alıxanovun doğum günüdür. Mehmalı müəllim hər yerdə və hər şeydə-ağacda, çiçəkdə, ulduzlu göy üzündə, insan çöhrəsində, el sözündə, aşıqların ifasında, şair düşüncəsində gözəllik axtaran bir şəxsiyyətdir. Eşqlə, həvəslə ömür yaşayan, halal, büllür kimi təmiz olan Mehmalı müəllim qəlbində odu sönməyən, dostluğu əskilməyən əbədi bir işıq gəzdirir. Özünün intellektini, iradəsini yüksək amalları naminə səfərbər etmiş Mehmalı ilə artıq 35 ildən çoxdur ki, dostluq edirəm.

Onu da deyim ki, həmişə orta məktəbdə yaxşı oxuyan şagird kəndin gənc qəhrəmanı hesab olunurdu, el-obanın gələcəyini onda görürdülər. Bəli, bizim əzizimiz, qəhrəmanımız Mehmalı Alıxanov xalqımıza baş ucalığı gətirib, yaxşı adı, yaxşı əməlləri ilə bizi sevindirib.

Keçmişə hörmətdən, xalqın yaddaşına məhəbbətdən, ümiddən doğurdu bu sözlər, bu xatirələr, bu arzular.

Özünəməxsus iş bacarığı sayəsində daim fərqlənən dostum əvvəl zamanlardan təcrübəli şəxslərin nəzərində olmuş və sənət dostları tərəfindən təriflərə layiq görülmüşdür. O, özəl texnoloq kimi şöhrət qazanmış, işi ilə daim fərqlənmişdir. 2008-ci ildə RF Dağıstan Respublikasının Dərbənd şəhərinə təcrübəli müəxəssis kimi dəvət olunmuşdur. Mehmalı qardaşım hal hazırda “Dərbənd şərab” Konyak Kombinatında Baş Şərabçı-Texnoloq vəzifəsində fəaliyyət göstərir. Onun işlədiyi həmin şərab kombinatı Dərbənddə böyük nüfuza sahibdir.

Kollektivin dərin rəğbətini qazanmaq şərəfinə nail olan Mehmalı Alıxanovun keçdiyi şərəfli həyat yoluna nəzər salaq:

Mehmalı müəllim 1961-ci ilin mart ayında Gürcüstan Respublikasının Qaraçöp Mahalının Ləmbəri kəndinda dünyaya göz açıb.1978-ci ildə həmin kənd orta məktəbini bitirərək, elə həmin il Gəncə şəhərində yerləşən indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olaraq Üzümçülük və üzümün ilk emalı ixtisası üzrə təhsilini davam etdirmişdir. 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat əsasında indiki Şabran rayonunda əmək fəaliyyətinə başlayıb. Əməksevərliyi sayəsində texnoloq, Baş texnoloq, Baş Şərabçı-Texnoloq, direktor müavini və direktor vəzifələrində çalışıb. Ailəlidir, 3 övladı var.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Alxanlı nəslinin çox qədim və gözəl tarixi, keçmişi var. Alxanlı nəslinin soy-kökü Qaraqoyunlulara gedib çıxır. Bəli, Qaraqoyunlulara… Alxanlı nəsli Qaraqoyunlu dövlətini yaradan böyük nəsillərdən biri olub. Qaraqoyunlu dövləti süquta uğrayandan sonra bu nəsil məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığından yaşamaq üçün yeganə çıxış yolu müxtəlif bölgələrdə məskən salmaları, hətta ad və soyadlarını dəyişmək idi.

Hal-hazırda bir çox rayonumuzda olan Alxanlı kəndləri də həmin Alxanlı nəslinin məskunlaşdığı ərazilərdir. Hətta bu nəslin nümayəndələrinə digər dövlətlərin ərazilərində də rast gəlmək mümkündür. Dünyanın müxtəlif vilayətlərinə yayılmış həmin qəhrəman insanlar cəmiyyət üçün daim şərəfli, bacarıqlı, ali savadlı və xeyirxah fərdlər yetişdirmişdir.

Fürsətdən istifadə edib, yetərincə tanınmış Alxanlı nəslinin ən fəal nümayəndəsi, hamımızın sevimlisi Mehmalı qardaşımı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı işlərində uğurlar arzulayıb, sevgi və sayğılarımı bildirirəm.

Uğurların bol olsun, Mehmalı qardaşım!

Fərman BORÇALI

Bu yazılara da göz atın...