Home CƏMİYYƏT Türkiyədə qəza enişi edən Azərbaycan hərbi vertolyotu havaya qalxdı, amma…

Türkiyədə qəza enişi edən Azərbaycan hərbi vertolyotu havaya qalxdı, amma…

by admin
3 views
Azərbaycan hərbi Hava Qüvvələrinin 3 gün əvvəl Türkiyədə qəza enişi edən Mi-17 vertolyotu ötən gün təmirdən sonra havaya qalxıb, amma mühərrikdə yenidən nasazlıq yaranıb və heyət vertolyotu yerə endirib. Bu haqda Türkiyə KİV-ləri yazır.
Xəbər verildiyi kimi vertolyot Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak etmək üçün bu ölkəyə, Amasya bölgəsindəki Merzifon Hərbi Hava Bazasına  uçurdu və   mühərrikində yaranan texniki nasazlıq səbəbindən üç gün əvvəl Giresun bölgəsinin Telbolu qəsəbəsi sahillərində çimərliyə qəza enişi etmişdi.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, vertolyotun 6 nəfərlik heyəti ötən gün sabah saatlarında nasazlığı aradan qaldırmaq üçün işə başlayıb. Nasazlığın aradan qaldırılması üçün vertolyot çimərlikdən havaya qaldırılıb və 50 metr aralıda, Qaradəniz Sahil Yolu kənarında endirilib. Polis əməkdaşları ərazinin ətrafında təhlükəsizlik divarı qurub, avtomobillərin və piyadaların vertolyotun təmir olunduğu əraziyə girişinə icazə verməyib.
Peşəkar heyət tərəfindən görülən işlər nəticəsində vertolyotun mühərrikindəki nasazlıq aradan qaldırılıb, son yoxlamalar aparılıb və dünən axşam Mi-17 heyətlə birlikdə havaya qalxıb. Bir müddət Tirebolu rayonu üzərində dövrə vurub və təxminən 5 dəqiqə sonra yenidən nasazlıq yarandığından sahildəki qumluq əraziyə təcili eniş edib. Heyət gecəni vertolyotun içində keçirib və əsaslı təmir üçün Azərbaycandan ehtiyat hissələrin, mühəndis heyətinin getməsini gözləyir.
Bildirilir ki, jandarma gün boyu vertolyotun olduğu ərazidə təhlükəsizlik tədbirlərini artırıb, ərazidə növbə tutub və qumluq sahəsinə girişlərə icazə verməyib.

Bu yazılara da göz atın...