Home CƏMİYYƏT “Sülh və inkişaf: Müxtəliflik niyə vacibdir” mövzusunda beynəlxalq vebinar keçirilib – FOTO

“Sülh və inkişaf: Müxtəliflik niyə vacibdir” mövzusunda beynəlxalq vebinar keçirilib – FOTO

by admin
1 views
Çıxışda həmçinin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, eləcə də Bakı Beynəlxalq Humanitar Forumları haqqında məlumat verilib.
Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda fəal olduğunu bildirən Anar Kərimov onu da diqqətə çatdırıb ki, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərində mədəni irs planlı şəkildə məhv edilib və bu ərazilərin 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər mədəniyyətimizə qarşı təcavüz dayandırılmayıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh  üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini bildirib.

Beynəlxalq vebinarda daha sonra çıxış edən Çinin Kommunikasiyalar Universitetinin Paylaşılan Birgə Gələcək İcması İnstitutunun təmsilçisi Yanqi Janq, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının baş icraçı direktoru Maykl Şuman tədbirin mövzusu üzrə müxtəlif aspektlərə toxunublar.

Vebinarın sonunda sual-cavab formatında panel müzakirələri keçirilib.

Bu yazılara da göz atın...