Home CƏMİYYƏT Ruhi Əliyeva Qarabağ qazisi Elçin Səmədovun bütün müalicə xərclərini öz üzərinə götürdü

Ruhi Əliyeva Qarabağ qazisi Elçin Səmədovun bütün müalicə xərclərini öz üzərinə götürdü

by admin
44 views

Bu gün onun çox məsum, həm də olduqca qürurlu və fəxrli çöhrəsini gördüm. Dəfələrlə onun görüntülərinə baxıb:

“Bu igid balamız üçün nə edə bilərəm?” deyə düşündüm. Onun ürəyinə yaxın məsafədə qəlpə olduğunu, nitqində, görməsi və eşitməsində problemlər yarandığını öyrəndim. Sonra da çətinliklə ifadə etdiyi cümlələri dəfələlərlə göz yaşlarına boğularaq dinlədim.

Məni məndən alan bu mənzərəni izləyib dərhal gözəl çöhrəli, böyük ürəkli, Vətən sevdalısı Qəbələdən olan 20 yaşlı qazimiz Elçin Səmədovun anası Vüsalə xanımla əlaqə yaratdım. Elçinin tez bir zamanda sağlamlığına qovuşması üçün lazım olan bütün addımları atmaq arzusunda olduğumu qəhrəman balamızın anasına çatdırdım”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri tanınmış iş adamı Ruhi Əliyeva özünün sosial şəbəkə hesablarında yazıb:

“Dərhal sabah arxalarınca Qəbələyə maşın göndərəcəyimi və Elçin balamızın anası ilə birgə Bakıya gətirmək istəyində olduğumu Vüsalə xanıma dedim. Vüsalə xanım, bazar ertəsi gününə qədər gözləməyin vacibliyini bildirərək, Elçinin Papanində yerləşən Hərbi Hospitala gətirilərək yoxlanılacağını və yalnız bundan sonra mənə hansı addımı atacağım barədə məlumat verəcəyini bildirdi. Elçinin sağlamlığına qovuşması üçün mən, Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm. Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram!”

Qeyd edək ki, müharibə başlayanda bu günə qədər Ruhi xanım istər cəbhə bölgəsinə, istərsə də şəhid ailələrinə çoxsaylı yardımlar, köməkliklər edib. Onun hətta bir neçə gün bundan öncə Türkiyəli jurnalist, “CNN Türk” telekanalının müxbiri Fulya Öztürkü rəhbəri olduğu Liatris Holdinqə dəvət edərək öz təşəkkürünü bildirməsi də diqqətlərdən yayınmamışdı. İndi isə Ruhi Əliyevanın daha bir şəhid ailəsini nəzarətə götürməsi izləyicilər tərəfindən minnətdarlıqla qarşılanıb.

Fotonun rəy bölümünə izləyicilər: “Allah sizi var eləsin”, “Allah ürəyinizə görə versin”, “Allah da sizə kömək olacaq” kimi rəylər yazıblar.

yenilider.info

Bu yazılara da göz atın...