Home CƏMİYYƏT Qardabanidə Gürcüstanın və Azərbaycanın Respublika Günü qeyd edilib – FOTO

Qardabanidə Gürcüstanın və Azərbaycanın Respublika Günü qeyd edilib – FOTO

by admin
1 views

Gürcüstanda fəaliyyət göstərən Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı ilə Gürcüstan və Azərbaycan Demokratik Respublikalarının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

KAİM.az xəbər verir ki, tədbirdə Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğlu, Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Sərxan İsmayılov, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov, ziyalılardan Zabit Hüseynov, Muradxan Eminov və gənc siyasi şərhçi Aybəy İsayev çıxış ediblər.

Çıxış edənlər bu mühüm tarixi hadisələr münasibətilə Azərbaycan və Gürcüstan ictimaiyyətini təbrik ediblər, müstəqillik uğrunda mübarizə tarixindəki oxşar məqamlardan, xalqlarımız arasında sıx dostluq əlaqələrindən və bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıblar.

“1918-ci ildə elan olunan Gürcüstan Demokratik Respublikasının və Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyəti çox qısa sürsə də, yaşanılan azadlıq duyğuları hər zaman xalqlarımızın qəlbində ümid işığı kimi qalıb. SSRİ dönəminin bütün çətinliklərinə və repressiyalarına baxmayaraq hər iki xalq öz dövlət müstəqillikləri xəyalından vaz keçməyiblər və nəhayət, bu arzunu gerçəkləşdiriblər. Sələflərimiz Respublika Gününü tarixi dəyər kimi qoruyublar, indi isə onu qoruyub, gələcək nəsillərə ötürmək bizim borcumuzdur”, – deyə Hacı Bəkiroğlu vurğulayıb.

 

Bu yazılara da göz atın...