Home CƏMİYYƏT Parisdə Respublika Gününə həsr edilmiş virtual konsert təşkil edilib – FOTO

Parisdə Respublika Gününə həsr edilmiş virtual konsert təşkil edilib – FOTO

by admin
2 views

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının,  Azərbaycanın Fransadakı səfirliyinin və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Paris şəhərində 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş virtual konsert keçirilib.

KAİM.az xəbər verir ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən konsertdə tanınmış musiqiçilər, Azərbaycan diasporunun fəal nümayəndələri Səidə Zülfüqarova (fortepiano), Etibar Əsədli (fortepiano), Gabriel Chalik (skripka) və Səddam Novruzbəyov (balaban) çıxış ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə xalq və bəstəkar mahnıları ifa edilib.

Bu yazılara da göz atın...