Home CƏMİYYƏT Ömür vəfa etsəydi… Vurğun Fərəcli – 45

Ömür vəfa etsəydi… Vurğun Fərəcli – 45

by xeberleraz
48 views

Bu il elinə, obasımna layiqli xidmət etmiş, vətəninə sadiq insan, dəyərli eloğlu Vurğun Fərəclinin 45 yaşı tamam oldu.

Vurğun Vahid oğlu Fərəcli 1976-cı il noyabr ayının 3-ü dünyaya gəlib. Əvvəlcə Kənd Təsərrüfatı Akademiyasını müvəffəqiyyətlə bitirən Vurğun ikinci ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. Əmək fəaliyyətinə başladığı ilk gündən kollektivin dərin rəğbətini qazanmış kapitan Vurğun Fərəcli Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində  rəis müavini kimi məsuliyyətli vəzifəyə qədər yüksəlmişdir. 2 övladı var. Oğlu Vahid və qızı Lalə.

Ömür vəfa etmədiyindən Vurğun Fərəcli 2016-cı ilin elə bu günü- noyabrın 22-sində vəfat etmişdir.

Həyata gəlişi xəzanlı payız gününə təsadüf edən Vurğun Fərəclinin mənalı ömü də xəzana döndü. Payız küləyinin budaqdan qoparıb müxtəlif yerlərə səpələdiyi  saralmış yarpaq kimi..

Bu payız Vurğun Fərəclinin 45 yaşı, dünyasını dəyişməsinin isə 5 ili tamam olur.

Nəcib, xeyirxah, təvazökar, qayğıkeş, həyat dolu – bütün bu anlayışları, keyfiyyətləri bir insana şamil etmək, adətən, çətin olur. Lakin Vurğun Fərəcliyə – əsl ziyalı, vətən oğluna bu məfhumların hamısı eyni dərəcədə yaraşırdı.

Nə etmək olar. Ömür vəfa etsəydi… Bizə yalnəz Vurğun Fərəcliyə Allahdan rəhmət diləyərək, ailə üzvlərinə və bütün yaxınlarına səbr diləmək düşür.

Allah rəhmət eləsin!

Fərman Borçalı

Bu yazılara da göz atın...