Home CƏMİYYƏT Kanada mətbuatı Başlıbel qırğınından yazır – FOTO

Kanada mətbuatı Başlıbel qırğınından yazır – FOTO

by admin
5 views

Soydaşlarımızın təşəbbüsü ilə Kanadanın https://www.thej.ca portalında “Başlibel faciəsi : Birinci Qarabağ müharibəsinin faciəvi anı” adlı məqalə yayımlanıb.  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun qələmə aldığı məqalədə bildirilib ki, 1993-cü ilin aprelin 2-də Başlibel və Qarabağ bölgəsindəki yüzlərlə digər kəndlər, Ermənistanın həyata keçirdiyi genişmiqyaslı müharibə nəticəsində viran qalıb. 

KAİM.az xəbər verir ki, öncə Başlıbel kəndi, kəndin mənzərəsi, sakinlərinin məşğuliyyəti, təhsil səviyyəsi, mədəniyyəti haqqında məlumat verilib. Daha sonra isə müəllifin dinc Başlıbeş sakinlərinə qarşı ermənilən tərəfindən törədilən qırğın aktı barədə xatirələri əks olunub. Ucqar ərazidə yerləşən, sərt iqlimə malik olan kəndin sakinlərinin həmin gün hansı şəraitdə doğma torpaqlarını tərk etdiyini təsvir edən müəllif bildirib ki, ermənilərin törətdiyi amansız vəhşiliklərindən qaçmağa çalışan dinc kənd sakinlərinn bir çoxu kənddən 1-2 kilometr uzaqdakı sığınacaqda öldürülüb, girov götürülüb.

“İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcəri tərk edən ermənilərdən fərqli olaraq, bizə köçmək üçün 15 gün yox, yalnız 10 saat vaxt verildi. Ailəm də daxil olmaqla çoxumuz ərazidən çıxmazdan əvvəl pencəyimizi belə götürmək şansımız olmadı. Uzun illər yoxsulluq içində müvəqqəti sığınacaqlarda yaşadıq”- deyə müəllif bildirir.

Məqalədə həmçinin, Birinci Qarabağ müharibəsindən sonra əsir götürülən yüzlərlə azərbaycanlının taleyi ilə bağlı dünya dövlətləri tərəfindən Ermənistana təzyiq göstərilmədiyi də vurğulanıb.

Məqalə ilə daha ətraflı şəkildə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.thej.ca/2021/05/20/bashlibel-massacre-a-tragic-moment-of-the-first-karabakh-war/

 

 

 

Bu yazılara da göz atın...