Home CƏMİYYƏT Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının toplantısı keçirilib – FOTO

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının toplantısı keçirilib – FOTO

by admin
1 views

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

KAİM.az xəbər verir ki, toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, fermerlərin aqrar sığorta, “Vahid sahədə vahid əkin” layihəsinə maraq göstərməsi onların üzləşdikləri çətinliklərin həllinə və daha çox gəlir əldə etməsinə səbəb olacaq.

Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.

Toplantıda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına məsləhət-informasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin nəzdində Aqrar Təlim Mərkəzi yaradılıb. Aqrar Təlim Mərkəzinin 8 regional bölməsi fəaliyyət göstərəcək. Regional bölmələrin mütəxəssisləri Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə aqrotexniki qulluq işləri ilə bağlı fermerlərə öz tövsiyyələrini verəcəklər.

Eyni zamanda, tədbirdə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Bu yazılara da göz atın...