Home CƏMİYYƏT İLLƏRİN SİRRİ AÇILDI: Ərdoğanın kabinetində ÖNƏMLİ ƏŞYA

İLLƏRİN SİRRİ AÇILDI: Ərdoğanın kabinetində ÖNƏMLİ ƏŞYA

by admin
19 views

Ötən gün “TRT1” və “TRT Haber” telekanallarının ortaq yayımının qonağı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kabinetində olan xüsusi detal ölkə mətbuatında müzakirə mövzusuna çevrilib.

KAİM.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, canlı yayım zamanı ölkə başçısının arxa tərəfində yerləşən tumbanın üzərinə “09:05″i göstərən antik saat qoyulub.

Məlum olub ki, daima hərəkətsiz qalan saatın əqrəbləri Qazi Mustafa Kamal Atatürkün vəfat etdiyi zamanı simvolizə edir.

1921-ci ildən etibarən Atatürk tərəfindən iqamətgah olaraq istifadə edilən Çankaya Köşkü, eyni zamanda Qurtuluş Savaşı və cümhuriyyətin ilk illərində çox önəmli olaylara şahidlik edən məkan olaraq bilinir.

Daha sonrakı dönəmdə Türkiyəyə rəhbərlik edən prezidentlər tərəfindən iqamətgah olaraq istifadə edilən Çankaya Köşkü hazırda Cumhurbaşqanlığına bağlı olan məkan kimi xidmət göstərir. //KONKRET.az//

Bu yazılara da göz atın...