KAİM.az xəbər verir ki, Avropa.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, dünən Bakı Baş Gömrük İdarəsinin daha 2 vəzifəli şəxsi saxlanılıb. Saxlanılanlar idarənin maliyyə inspektoru Azər Baxşıyev və Elçin Cavadovdur.
Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir. Mayın 17-dən başlanan əməliyyat barədə Baş Prokurorluq 2 dəfə rəsmi məlumat yayıb və həbs olunanların adlarını açıqlayıb.