Home CƏMİYYƏT ZABIL MÜQABILOĞLUNUN BACISI: “DÖVLƏTQAÇQINKOMDA MƏNƏ KÖMƏK EDƏCƏKLƏRINI BILDIRDILƏR”

ZABIL MÜQABILOĞLUNUN BACISI: “DÖVLƏTQAÇQINKOMDA MƏNƏ KÖMƏK EDƏCƏKLƏRINI BILDIRDILƏR”

by admin
11 views

Araz Media” xəbər portalının redaksiyasına, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova açıqlama verib.

Sevinc Fərhadova açıqlamasında bildirmişdir ki, onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini qəbul edərək, kömək edəcəyini bildirib. Qeyd edək ki, millət vəkili Əflatun Amaşov da, bir neçə gün öncə bu işlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Baş nazirin müavini cənab Əli Həsənovla görüşmüş, ona da mərhum jurnalistin bacısına tezliklə mənzil veriləcəyi bildirilmişdir. Əlacsız qalan Sevinc xanıma gözləmək qalır.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqabiloğlunun bacısının yaşadığı ev yanaraq kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.

Redaksiya olaraq, mərhum jurnalistin həmkarları kimi biz də, tezliklə o xoş günü gözləyirik. Hesab edirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,əlacsız qalan qızın acınacaqlı durumunu nəzərə alaraq, onu mənzillə təmin edəcəkdir.

Bu yazılara da göz atın...