Home CƏMİYYƏT DƏŞHƏT: 46 qızı zorlayıb VİDEOYA ÇƏKƏN FALÇI danışdı: “O qız mənim sevgilim olub”

DƏŞHƏT: 46 qızı zorlayıb VİDEOYA ÇƏKƏN FALÇI danışdı: “O qız mənim sevgilim olub”

by admin
8 views

“Adam içinə çıxmağa qorxuram”

Dünən mətbuatda Bakıda falçının qurbanı olan qızların videogörüntüsu yayımlanmışdı. Görüntüdə olan qızlar falçının onların çayına dərman qataraq, təcavüz etdiyini deyib.

Hadisə ilə bağlı AZXEBER.COM-a danışan, əsl adının Talıbov Ramil Durduxan oğlu olduğunu deyən falçı, dünən hüquq mühafizə orqanları tərəfindən saxlanıldığını və bu gün azadlığa çıxdığını deyib.

Hadisə ilə bağlı açıqlama verən Ramil onu zorladığı deyilən qızla sevgili olduğunu və qızın ondan pul istədiyini deyib: “Qız Sumqayıtda universitetdə təhsil alır. Mənimlə bir müddət sevgili olub. Daha sonra məndən pul tələb etdi. Mən ona verəcək pulumun olmadığını dedim. Bunu sübut edəcək əlimdə foto və videolar var. Mən ona pulu vermədiyim üçün bu yola əl atıb”.

Yayılan görüntülərdə olan digər qızın isə onunla sevgili olduğu xanımın rəfiqəsi olduğunu deyib: “Videogörüntüdə olan digər qız mənimlə sevgili olan qızın rəfiqəsidir. Onlar əlbir olub, məni ləkələmək istəyirlər”.

Falçı olması ilə bağlı iddialara isə belə cavab verib: “Mən falçı filan deyiləm. Bu mənə atılmış şərdir. Mən evdən çıxmağa qorxuram. El içində biabır olmuşam.

Bir qız atası olduğunu deyən Ramil, bunun uşağın psixologiyasına da pis təsir etdiyini deyib.

Bu yazılara da göz atın...