Home CƏMİYYƏT Cümhuriyyət qurucusunun nəticəsi XALQIMIZI TƏBRİK EDİB

Cümhuriyyət qurucusunun nəticəsi XALQIMIZI TƏBRİK EDİB

by admin
1 views

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə 28 may – Respublika Gününə həsr olunmuş videoçarx təqdim edilib.

Bu barədə KAİM.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Videoçarxda İsveçrədə yaşayan Mariya xan Xoyskaya milli geyimdə Azərbaycanın iki dahi şəxsiyyətinin – Nizami Gəncəvinin və Üzeyir Hacıbəylinin yaratdığı “Sevgili Canan” əsərinin sədaları altında Azərbaycan rəqsini ifa edib. Rəqs nömrəsi Cenevrə gölünün sahilində çəkilib. Xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik edən soydaşımız bildirib ki, ifasını Respublika Gününə və Vətən müharibəsindəki qələbəmizə həsr edir.

Qeyd edək ki, Mariya xan Xoyskaya Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan nəticəsidir.

Həmvətənimizin təbrik və rəqsini aşağıdakı linklərdən izləmək mümkündür:

https://drive.google.com/file/d/1k3bC_j9AdGG-NQlUXxgfhBZo0Y1tRhnL/view?usp=sharing
https://drive.google.com/file/d/1DOzp_37kY2YldYKU8a_UI8ecKZMXldDi/view?usp=sharin

 

Bu yazılara da göz atın...