Home CƏMİYYƏT “Azərişıq”dan şikayət: “Bizdən pul alıb, qanunsuz elektrik verib, sonra da 800 manat cərimə yazıb” – VİDEO

“Azərişıq”dan şikayət: “Bizdən pul alıb, qanunsuz elektrik verib, sonra da 800 manat cərimə yazıb” – VİDEO

by admin
6 views

Səbail rayonu 20-ci sahə ərazisində yaşayan sakinlər “Azərişıq” ASC-dən şikayət edirlər.

Bu barədə sakinlərin şikayətini AzTV-nin müxbiri işıqlandırıb.

Ərazidə yaşayan sakinlər deyir ki, qurumun 20-ci sahəyə baxan ərazi üzrə əməkdaşı onlardan müəyyən məbləğdə pul alaraq, qeyri-qanuni xətlə elektrik verib. Bir neçə ay qeyri-qanuni xətdən istifadə etdikdən sonra qurum əməkdaşı ödənişin məbləğini artırıb, bu isə sakinləri qane etməyib.

İddia olunur ki, vətəndandaşların elektrik sayğacına müdaxilə olunmadan elektrik enerjisinin verilməsi istəyi isə qarşı tərəfdə narazılıq yaradıb. Nəticədə, böyük məbləğdə cərimələr yazılıb.

Sakinlər qeyd edir ki, qeyri-qanuni xətti onlara çəkən adam yenidən onlara buna görə 800 manat məbləğində cərimə yazıb.

“Azərişıq” ASC-dən isə məsələnin araşdırılacağı bildirilib.

Həmin videogörüntünü təqdim edirik:

yenilider.info

Bu yazılara da göz atın...