Home CƏMİYYƏT Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: Çempionlar Liqasının oyunlarını şərh etməyəcək – VİDEO

Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: Çempionlar Liqasının oyunlarını şərh etməyəcək – VİDEO

by admin
18 views

Azərbaycanlı jurnalist, “CBC Sport” telekanalının əməkdaşı Rüstəm Əfsərli UEFA-nın bayrağı altında keçirilən beynəlxalq yarışları şərh etməkdən imtina edib.

O, bu gün efir üzü görmüş “Start” verilişində qonaq qismində çıxış edərkən qərarını açıqlayıb.

R.Əfsərli futbol/futzal millilərimizin, futbol/futzal klublarımızın oyunları istisna olmaqla, UEFA-nın bayrağı altında keçirilən beynəlxalq turnirlərin (Avropa çempionatının seçmə mərhələsi, Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, Konfranslar Liqası, Super Kubok və s. – S.M.) matçlarını şərh etməyəcəyini bildirib.

Şərhçi bu addımını UEFA-nın “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu ermənilərlə bağlı “Facebook” statusuna görə ömürlük futboldan uzaqlaşdırılması barədə qərarına etiraz olaraq atıb. O, qərarını telekanal rəhbərliyinə demədiyini və bununla bağlı hər hansısa cəzaya hazır olduğunu bildirib.

Rüstəm Əfsərli onu da bildirib ki, bu addımı UEFA qərarını ləğv edənə və ya yüngülləşdirənədək davam edəcək.

yenilider.info

Qeyd edək ki, UEFA həmçinin, bu statusa görə “Qarabağ”ı 100 min avro da cərimələyib.

Bu yazılara da göz atın...