Home CƏMİYYƏT Azərbaycana AĞIR İTKİ: Məşhur əməkdar artist dünyasını dəyişdi – FOTO

Azərbaycana AĞIR İTKİ: Məşhur əməkdar artist dünyasını dəyişdi – FOTO

by admin
5 views

Əməkdar artist, qocaman rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 20 may 2021-ci il tarixində vəfat edib.

KAİM.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub.Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət “Ləzginka” rəqs ansamblında da uğurla çalışıb.

Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında “Yallı-Zorxana”, “Bulaq başında”, “Şəki”, “Çobanlar”, “Bənövşə”, “Ceyran”, “Qarabağ maralı”, “Nazeləmə”, “Lənkəran” rəqslərində, “Azərbaycan” “Qələbə”, “Xalqlar dostluğu”, “Bayram”, “Neftçilər” suitalarında solist kimi cıxış edib.

O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bu yazılara da göz atın...