Home CƏMİYYƏT Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Donor Əlaqələndirmə görüşü keçirib

Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Donor Əlaqələndirmə görüşü keçirib

by admin
2 views

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin prioritet istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Belə ki, kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyasından məsul qurum kimi Nazirlik yanında yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirilir.

KAİM.az xəbər verir ki, AKİA tərəfindən həyata keçirilən layihələrdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı, Avropa İttifaqı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Əməkdaşlıq Təşkilatı (GIZ), Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Bu gün AKİA-nın təşkilatçılığı ilə növbəti Donor Əlaqələndirmə görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların və nazirliyin struktur bölmələrinin nümayəndələri iştirak edib. Tədbirdə icra olunan beynəlxalq layihələr çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə edilən nailiyyətlər və kənd təsərrüfatı istiqamətində prioritet istiqamətlərə uyğun gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Hazırda kənd təsərrüfatının bitkiçilik, bitki sağlamlığı, toxumçuluq, heyvandarlıq, baytarlıq xidmətlərinin inkişaf etdirilməsi, süni mayalandırma, məsləhət xidmətləri, investisiyaların təşviqi və s. istiqamətlərində 18 layihə  icra olunur və10 layihənin icrası nəzərdə tutulur.

YENİLİDER.info

Bu yazılara da göz atın...