Home CƏMİYYƏT Ahıska türkləri də “YAŞAT” xeyriyyə marafonuna qoşuldular – FOTO

Ahıska türkləri də “YAŞAT” xeyriyyə marafonuna qoşuldular – FOTO

by admin
7 views

Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonuna Dünya Ahıska Türkləri Birliyi (DATÜB) də qoşulub.

KAİM.az-ın xəbərinə görə, DATÜB-ün dünya üzrə nümayəndəlikləri və müxtəlif ölkələrdə yaşayan Ahıska türkləri Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin ailələrini və sağlamlıqlarını itirmiş qəhrəman qazilərin normal həyata dönüşünün bərpa olunmasını dəstəkləmək məqsədilə “YAŞAT” xeyriyyə marafonuna öz töhfələrini bəxş ediblər.

Nəticədə 25 may 2021-ci il tarixinə qədər 22 min 355 ABŞ dolları məbləğində vəsait  “YAŞAT” marafonu çərçivəsində müvafiq hesaba köçürüləcəkdir.

Kampaniyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Rusiya, Amerika və Gürcüstandan 4733 nəfər ahıskalı türk fəal iştirak edib. Onlar bildiriblər ki, harada yaşamalarından asılı olmayaraq bütün varlıqları ilə hər zaman Can Azərbaycanın yanındadırlar.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan I və II Qarabağ müharibəsində şəhid olanların arasında Azərbaycanda yaşayan Ahıska türkləri də var. 1993-cü ilin aprel ayının 18-də Gədəbəy rayonunda döyüşdə şəhid olmuş baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bu yazılara da göz atın...