Home CƏMİYYƏT ABŞ-ın 5 şəhərində 28 may tarixi Azərbaycan Respublikası Günü elan edilib

ABŞ-ın 5 şəhərində 28 may tarixi Azərbaycan Respublikası Günü elan edilib

by admin
1 views

ABŞ-ın İllinoys ştatının Çikaqo və Şimali Karolina ştatının Durhem, Fayetevillla, Apeks, Şarlotta şəhərlərində 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasına dair bəyanatlar qəbul edilib.

YENİLİDER.info xəbər verir ki, Çikaqo şəhər meri Lori Laytfut, Durhem şəhər meri Stefan Şevel, Fayetevillla şəhər meri Mitç Kalvin, Apeks şəhər meri Jakues K.Gilbert və Şarlotta şəhər meri Aleksandr Lylesin imzaladıqları bəyanatlarda bildirilib ki, sözügedən şəhərlər yarandıqları gündən bəri dünyanın hər yerindən fərqli mədəni irslə tanınan müxtəlif icmaların evinə çevrilib. Bu, şəhərlərdə sənət və musiqi, ticarət və maliyyə, qanun və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin inkişafına öz töhfələrini bəxş edən qürurlu Amerika Azərbaycanlıları İcmasına da aiddir.

Bildirilib ki, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) və Şimali Karolinada fəaliyyət göstərən azərbaycanlı icması Çikaqo, Durhem, Fayetevillla, Apeks, Şarlotta şəhərləri və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək, daha yaxşı şəhər və cəmiyyət üçün çalışırlar. “Bu səbəbdən 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının növbəti ildönümü münasibətilə 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasını elan edirəm”, – deyə nəzərə çatdırılıb.

Qeyd edək ki, bəyanatlar İllinoys şatatında Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və Mehriban Məmmədovanın, Şimali Karolina ştatında isə “Azərbaycan Dostluq Təşkilatının” rəhbərli Adika İqbalın təşəbbüsləri ilə qəbul edilib.

Bu yazılara da göz atın...