Home CƏMİYYƏT 147 saylı məktəbdə qalmaqal

147 saylı məktəbdə qalmaqal

by admin
663 views

147 saylı məktəbin ingilis dili müəlliməsi Mehbarə Abdullayevə şagirdin valideynini təhqir edib.

Bununla bağlı 147 saylı məktəbin “6C” sinfinin şagirdi Nihat Abdullayevin anası Janna Quliyevə Demokrat.az-a şikayətlə müraciət edib.

Şagirdin anası Janna Quliyevə müraciətində qeyd edir ki, oğlunun sinif rəhbəri olan Mehbarə Abdullayevə onu “erməni” adlandırıb:

“Onlayn valideyn iclası zamanı Mehbarə Abdullayevə məni təhqir edərək, Janna adının erməni adı olduğunu təkidlə bildirib. Buna görə mən Mehbarə Abdullayevədən 147 saylı məktəbin direktoruna şikayət etmişəm. Məktəb direktoru bildirib ki, müəllimə Mehbarə Abdullayevə səhvinə görə məndən üzr istəyəcək. Amma Mehbarə Abdullayevə məni təhqir etdiyi üçün hələ də məndən üzr istəməyib”.

Valideyn Janna Quliyevə məsələ ilə bağlı Təhsil naziri Emin Əmrullayevə də şikayət edəcəyini söyləyib.

yenilider.info

Bu yazılara da göz atın...