Home CƏMİYYƏT ​Səbirsizliklə gözlənilən METRO QƏRARI: Gediş haqqı artırıla bilər…

​Səbirsizliklə gözlənilən METRO QƏRARI: Gediş haqqı artırıla bilər…

by admin
7 views

Ola bilər ki, “Bakı Metropoliteni” QSC-nin sifarişi ilə metroda gediş haqqı qaldırılsın. Belə ki, bir müddət əvvəl “Bakı Metropoliteni” QSC açıqlamışdı ki, 1 sərnişinin ötən il daşıma xərci 97 qəpik olub.

KAİM.az Azadinfo.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, “Bakı Metropoliteni” QSC yeni dövr üçün məsrəflərini sərnişinlərin hesabına qarşılayacaq:

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində bildirilir ki, “pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə əvəzsiz əsaslarla verilən 27,679 mln. manat məbləğində vəsaitin müəyyən hissəsi pandemiya ilə əlaqədar olmayan istiqamətlərə, o cümlədən 8 320,5 min manatı əvvəllər bağlanılmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə və 135,8 min manatı isə vergi ödənişlərinə yönəldilib”.

Beləliklə, Hesablama Palatası bu qənaətə gəlib ki, “Bakı Metropoliteni” QSC dövlət vəsaitlərini təyinatından kənarlaşdırıb. Yəqin ki, “Bakı Metropoliteni” QSC yeni dövr üçün məsrəflərini sərnişinlərin hesabına qarşılayacaq”.

İqtisadçı AZAL-a ayrılan milyonlar haqqında da danışıb:

“Yeri gəlmişkən, Hesablama Palatasının rəyində o da bildirilir ki, pandemiya dövründə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib. Rəyə görə, AZAL ayrılmış vəsaitin yalnız 32,3%-i əməkhaqqı və ona bərabər tutulan ödənişlərə, digər hissəsi isə təyinatından kənarlaşdırılaraq başqa istiqamətlərə yönəldilib.

Əslində bu vəsaitlər muzdlu işçilərin əmək haqqında dəstək məqsədilə ayrılır. AZAL isə uzun müddətdir ki, nə işçilərin maaşlarını verir, nə də icra etmədiyi uçuşlara görə əvvəlcədən ödənilən vəsaitləri sərnişinlərə qaytarmır”.

Bu yazılara da göz atın...