Home Bölgə Gəncədə kəlbəcərlilərin zəfər sevinci – FOTO – VİDEO

Gəncədə kəlbəcərlilərin zəfər sevinci – FOTO – VİDEO

by admin
14 views

Gəncə şəhərində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə bayram şənliyi keçirilib.

Baku TV xəbər verir ki, tədbirdən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu  Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.

Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər rayonun işğaldan azad edilməsi xəbərini rəqslərlə, əylənərək qeyd ediblər.

Bayram şənliyi Kəlbəcər rayonundan olan soydaşlarımızın məcburi köçkünlər üçün salınan müvəqqəti yaşayış qəsəbəsində keçirilib. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıb.

Bildirək ki, Gəncə şəhəri kəlbəcərli məcburi köçkünlərin ən sıx yerləşdiyi şəhərlərdən biridir. Ölkənin ikinci böyük şəhərində 15 minə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün yaşayır.

yenilider.info

 

Bu yazılara da göz atın...