Ermənistan müxalifəti prezidentliyə namizəd İRƏLİ SÜRMƏYƏCƏK

by xeberleraz

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməmək qərarına gəlib. 

XEBERLERAZ.COMPublika.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Eks-prezident Armen Sarkisyanın istefasından sonra başlayan uzun müzakirələr nəticəsində müxalifət namizəd irəli sürməyin yersiz olduğu qənaətindədir. Onlar düşünür ki, onsuz da Nikol Paşinyanın komandsının irəli sürdüyü namizəd bu və ya digər şəkildə prezident seçiləcək. Üstəlik, müxalifət təmsilçisi prezident olsa belə, onu da Armen Sarkisyanın aqibəti gözləyəcək, çünki yeni qanunvericiliyə əsasən, Ermənistanda prezident postundakı şəxs məhdud səlahiyyətlərə sahibdir.

Nəşrin yazdıqlarına görə, müxalif fraksiyadan Andranik Tjanyan və Artur Qazinyan əvvəldən namizəd irəli sürməməyin tərəfdarı idilər.

Bildirilir ki, Ermənistan parlamentinin iki müxalifət fraksiyası bu gün birgə bəyanatla çıxış edəcək. Onların indiki halda namizəd mandatından, gələcəkdə isə öz deputat mandatlarından imtina edəcəkləri iddia olunur.

Bu yazılara da göz atın...