Home banner Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Postumuza qumbara atdılar – Xankəndi-Laçın yolu bağlandı / VİDEO

Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Postumuza qumbara atdılar – Xankəndi-Laçın yolu bağlandı / VİDEO

by xeberleraz
39 views

13 Noyabr səhər saatlarından Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mediasına xəbərlər yayılıb. Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib. Azərbaycan hərbçilərinin blok-postuna yaxınlaşaraq əl qumbarası atıb. Hadisənin noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı tərəfindən törədildiyi barədə məlumatlar var.

Baş verənlərdən sonra Xankəndi-Laçın avtomagistralı bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır. Hadisənin təfərrüatları daha sonra açıqlanacaq.

Bu yazılara da göz atın...