Baydendən ilkin SANKSİYALAR PAKETİ: Luqansk və Donetsk REJİMLƏRİNƏ QARŞI

by xeberleraz

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı cəhdləri ilə əlaqədar bəzi şəxslərin mülkiyyətinə qadağa qoyan və bəzi əməliyyatları qadağan edən sərəncam imzalayıb.

XƏBƏRLƏRAZ.COM xəbər verir ki, Baydenin qərarı Ağ Evin saytında dərc olunub.

Sənəddə deyilir ki, Rusiya Federasiyası rəhbərliyinin qondarma Luqansk və Donetskin müstəqilliyinin tanınması ilə bağlı bəyanatları Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərinə zidd olmaqla yanaşı Ukraynanın sülh, sabitlik, suverenliyi və ərazi bütövlüyünü təhdid edir.

Sənəddə xüsusilə bildirilir ki, bu, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaradır.

Qərara əsasən ABŞ müəyyən qadağalar tətbiq edir: ABŞ-da istənilən şəxs tərəfindən saxta Luqansk və Donetsk qurumlarına yeni investisiyalar; bu ərazilərə istənilən malın ixracı, təkrar ixracı, satışı və çatdırılması, Amerika tərəfdən hər hansı maliyyə və ya zəmanət əməliyyatları qadağandır.

Bundan başqa, işğal olunmuş ərazilərdə fəaliyyət göstərəcək və ya sanksiyalar altında olan şəxslərə maddi yardım və ya digər dəstək göstərəcək bütün şəxslərin əmlakı və maliyyəsi bloklanır.

Bundan əlavə, bu fərmanla müəyyən edilmiş məhdudiyyətləri pozan hər hansı bir əməliyyat qadağan hesab edilir. Fərmanda göstərilən şəxslərə qarşı viza sanksiyaları tətbiq edilir.

Bu yazılara da göz atın...