Home Bölgə Ağcabədi səhiyyəsi iflic durumda…

Ağcabədi səhiyyəsi iflic durumda…

by admin
8 views

Bütün dünyada müşahidə olunan koronavirusa yoluxma və ölüm statistikasının kəskin artımı hallarının tendensiyası Azərbaycanda da müşahidə olunur. Ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin pisləşməsinin səbəbləri koronavirusla yanaşı havaların soyuması ilə əlaqədar mövsümi xəstəliklərin artması ilə bağlıdırsa, digər səbəb də Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin süevincini yaşayan vətəndaşlarımızın sıx toplaşması, bir çox hallarda sosial məsafənin qorunmaması olmuşdur.

Təbii ki, epidemik vəziyyətin idarə edilməsi, nəzarətdən çıxmaması üçün adi vətəndaşlardan daha çox cavabdeh məmurlar, ələlxüsus da rəhbər vəzifəli tibb işçiləri məsuliyyət daşıyırlar. Onların hazırki ekstremal durumdan öz şəxsi maraqları üçün sui-istifadə etmələri isə bəşəriyyət əleyhinmə cinayətdir.

Bu günlərdə “Realmedia.az” – a daxil olmuş məlumatda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Fövzi Tahirov barəsində rayon prokurorluğu tərəfindən cinayət işinin açıldığı bildirilir.

Mənbnin saytımıza verdiyi məlumata görə, hal-hazırda Fövzi Tahirov barəsində Ağcabədi rayon prokurorluğunda müxtəlif ittihamlar üzrə cinayət işi açılıb və istintaq araşdırmaları gedir.

İddialara görə, F. Tahirova Cinayət Məcəlləsi üzrə müxtəlif maddələrlə cinayət işi açılmış və açılmış cinayət işi üzrə ittihamlardan biri də F. Tahirovun koronavirus pandemiyası dövründə vətəndaşların Bakı şəhərinə gedib gəlməsi üçün saxta arayışlarının(göndərişlər)verib.

Bu üzdən də Ağcabədi Rayon Prokurorluğu tərəfindən Fövzi Tahirova bu və digər qanunsuz əməllərində görə cinayət işinin açıldığı vurğulanır.

İddialara əsasən Fövzi Tahirov barəsində açılmış cinayət işindən qutarmaq üçün səylər göstərir.

Xatırladaq ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirovun bir müddət əvvəl Şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun anası 71 yaşlı Gözəl Abdullayevanı kabinetindən qovması ilə bağlı məlumatlar da KİV-də yer alıb. Bu barədə məlumatı Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı vermişdi. Şəhid Milli Qəhrəmanın anasının dediyinə görə, səhhətinin pisləşməsi ilə əlaqədar oğlanları – İqbal və İntiqam tərəfindən təcili olaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Orda həkim müayinəsindən keçirtmək istədikdə, xəstələrin çox olduğunu görüb, öğlu İntiqam ilə birlikdə xəstəxananın baş həkimi Fövzi Tahirovun yanına gedib. Şəhid Milli Qəhrəmanın anasının vəziyyətinin ağır olduğu baş həkimin nəzərinə çatdırılıb və ondan xanımı təcili həkim müayinəsinə alınması xahiş olunub. Baş həkim Fövzi Tahirov isə Şəhid Milli Qəhrəmanın anasını təhqir edərək kabinetdən qovub. Gözəl Abdullayeva baş həkimə: “Mənim övladım Azərbaycanımız naminə canını qurban verərək, Azərbaycanın Şəhid Milli Qəhrəmanı adına layiq görülüb, lakin sən şəhidin yaşlı anası olmağıma baxmayaraq, məni təhqir edirsən” deyib. Fövzi Tahirovun anaya cavabı belə olub: “Sənin oğlunun şəhid olaraq Milli Qəhrəman olması məni heç maraqlandırmır və buna görə də mən nə sizə, nə də şəhid oğlunuza borclu deyiləm, sən haqqını sənə borclu olanlardan tələb edə bilərsən”. Bunları dedikdən sonra o, yaşlı şəhid Milli Qəhrəman anasının qolundan tutaraq, kabinetdən çölə çıxardıb. Buna müdaxilə etmək istəyən oğluna “bu dəqiqə polis çağırtdırıb səni içəri qoyduraram” deyərək, Şəhid Milli Qəhrəman anasını xəstəxanadan qovdurmağa nail olmuşdu.

Məsələ ilə bağlı Ağcabədi Rayon Prokurorluğunun rəsmi mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

yenilider.info

Bu yazılara da göz atın...