Home banner Rusiyanın Qarabağda İKİLİ OYUNU: Putin sənədləri NİYƏ gizlədir?

Rusiyanın Qarabağda İKİLİ OYUNU: Putin sənədləri NİYƏ gizlədir?

by admin
57 views

Son günlərin aktual mövzularında olan Lavrovun – Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vasitəçi olmaq fikrləri və bu mövzu ətrafında yaranan müzakirələr Ermənistanın cəmiyyətində böyük rezonans doğurdu.

KAİM.az-ın məlumatına görə Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, ehtiyatda olan general Yücel Karauz Metbuat.aza müsahibəsində bildirdi ki, Lavrovun açıqlamaları sanki kömək etmək istəyirmiş kimi görünüb əslində tamamilə Ermənistan və Azərbaycanı Rusiyaya bağlı bir dövlət kimi göstərməkdən ibarətdir.

“Rusiya XİN rəhbərinin çıxışları əslində hər işdə Rusiyanın bir rolu var, Rusiya olmadan tərəflər arasında heç bir problem çözülə bilməz kimi mesajlara xidmət edir. Bu da rus siyasətinin bir davamıdır.

Rusiya əslində bölgədə – Azərbaycan və Ermənistan arasında olan sərhədlərin əslində haradan keçdiyini, xəritələri və arxivlərdə nələrin yazıldığını dünyada ən yaxşı bilən dövlətdir.

Bu mövzu ilə əlaqədar ortaq yol tapmaq yerinə Rusiya “Azərbaycanın sərhədləri burdandır, amma tarixi boşluqlar səbəbindən Ermənistana verilmişdir. Hər kəs öz sərhədlərinə çəkilsin” deyib məsələnin haqq və ədalət prinsipləri fonunda həllinə çalışa bilər”.

General bildirdi ki, mövzu ilə əlaqədar 10 noyabr Bəyannaməsindən sonra Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini dəfələrlə tələb etsə də bu məsələdə Rusiya Ermənistanın haqsız oyunlarının arxasından onların mənfəəti naminə çıxış etmişdir.

“Bütün bunlar Ermənistanın daxili siyasəti və qarşıdan gələn ay keçiriləcək prezident seçkilərinə dəstək vermək üçündür. Bu keçiriləcək seçkilərdə Rusiyanın, Fransanın, Qərbin bir mövqe tutmaq siyasətinə hesablanmış bir oyundur. Düşünürəm ki, Ermənistanda seçkilər bitənə qədər bu provakasiya yönümlü çıxışlar davam edəcəkdir”.

Yücel Karauz deyir ki, Ermənistan KTMT-ya üzv olsa da onların diqqətini cəlb edə bilmədiyi üçün həmçinin beynəlxalq arenada da zəif və axmaq vəziyyətdə olduğundan çox çalışdı ki, müharibəni Ermənistan torpaqlarına qədər daşısın. Fəqət Azərbaycan 12 iyuldan 10 Noyabr həmçinin bu günə qədər haqq və hüquq çərçivəsində Ermənistanın qurduğu bu tələyə düşmədi.

“Ermənistanın istəyi yalnız Azərbaycanı tələyə salmaq özünü haqlı durumda göstərməkdir. Elə ona görə də Paşinyan çalışır ki, beynəlxalq arenada həyasızlıqlıq etməklə Ermənistanı 10 noyabr bəyannaməsində Ermənistanın təslim olduğu həmin müqavilənin şərtlərini icra etməkdən boyun qaçırsın. Bir tərəfdən Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində 29 ildir axtarmadığı haqq-ədalət və hüquq normalarını dilə gətirməsi, digər tərəfdən Rusiyanın minalanmış ərazilərin xəritəsinin verilməməsi üçün Ermənistanla birlikdə min oyun qurması çox tragikomik bir vəziyyətdir.

Hər üç dövlət çalışır ki, bu kimi münasibətlər sərgiləməklə öz daxili siyasətlərində də mövqe tutmağa çalışsınlar. Eyni zamanda Paşinyan və onun düşüncəsində olanların və yaxud keçmiş Dağlıq Qarabağ klanının seçkilərdə qalib gəlmə ehtimalına qarşı aldıqları bir tədbirdir”.

Yücel Karauz xüsusilə vurğuladı ki, Putin düşünür ki, Ermənistanda keçirilən seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq həmin şəxs Rusiyanın adamı olmalıdır.

Gülbəniz Hüseynli

Bu yazılara da göz atın...