Home ARAŞDIRMA Qarabağ məğlubiyyətini bölüşə bilməyən erməni siyasətçilərin KAZARMA SİYASƏTİ – ARAŞDIRMA

Qarabağ məğlubiyyətini bölüşə bilməyən erməni siyasətçilərin KAZARMA SİYASƏTİ – ARAŞDIRMA

by admin
247 views

Siyasi ekspert Kamal Əliyev

Real politikanın 3 əsas prinsipi var: qüvvələr balansı, etibarlı müttəfiqlərin olub və ya olmaması, nəhayət zamanın geridönməzliyi.

Erməni siyasətçiləri, hətta bütövlükdə erməni cəmiyyəti nə bu üç prinsipi qəbul edir, nə ondan xəbəri var. Bəli, bu gün Ermənistanda seçki atmosferasıdır. Erməni siyasətçilər, sosial şəbəkələrdəkilər bir-birini satqınlıqda, Qarabağı itirməkdə ittiham edirlər. Əslində, burda qəribə heç nə yoxdur. Qələbəyə sahib çıxanlar həmişə çox olsa da, məğlubiyyət yetimdir.

İndi ermənilər 44 günlük məğlubiyyətin psixoloji sarsıntılarını yaşayır və vəziyyətdən çıxış yolları axtarırlar. Məsələn, Ermənistanın ilk prezidenti olmuş Levon Ter Petrosyan və onun Milli Konqresi (ANK)-də seçkilərə hazırlaşır. Levon və onun seçki qərargahı rəqibləri Köçəryan, Sərkisyan və Paşinyanı siyasi naşılıqda və real politikanı başa düşməməkdə ittiham edir.

Ümumiyyətlə, erməni siyasətçiləri “düşməni” olduğu kimi deyil, istədikləri kimi qələmə verməyə öyrəncəlidirlər. Bəlkə də bu, ermənilərin əsrlərdir düşdüyü və hələ də çıxa bilmədiyi labirintdir.

Erməni diasporu və erməni siyasi istdiblişmenti xəyallar üzərində siyasət qurublar. Həm Robert Köçəryan, həm də Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsini uzun illər dondurdular. Çünki, hər iki siyasətçiyə mövcud status-kvo zəruri idi.

Robert və Serjik status-kvonu şüurlu olaraq istəyirdilər?

Mən bunu istisna edirəm. Ona görə ki, Dağlıq Qarabağ konfliktinin uzunmüddətli doldurulmasının memarı Rusiyadır. O Rusiya ki, öz geopolitik maraqları üçün “dondurulmuş konflikt” siyasi xəttini uğurla davam etdirir.

Levon Ter Petrosyanın tənqidinə həmçinin Nikol Paşinyan da tuş gəlir. Halbuki Petrosyan əvvəllər Paşinyana yaxın idi və hətta deyərdim ki, ona yol göstərirdi.

İndi situasiya xeyli dəyişib və Petrosyan tribunalara oynayır. Çünki, Levona səs qazanıb parlamentdə təmsil olunmaq lazımdır.

Erməni siyasətçilər həmişə qumar oynamağı çox sevirlər. Belə olan təqdirdə, onlar çox qazanmaq istəyirlər, lakin sonda hər şeydən məhrum olurlar. Ermənistanı idarə edən son üç şəxs – Köçəryan, Sərkisyan və Paşinyan buna bariz nümunədirlər. Paşinyan “Qarabağ Ermənistandır” deməklə hər şeyi bərbad etdi və məğlubiyyətin yolunu açdı. Köçəryan və Sərkisyan isə status-kvonu davam etdirməklə Rusiyanın imperial maraqlarına xidmət etdilər.

Prinsipcə, Sərkisyan və Köçəryanın Paşinyanı günahlandırmağa haqqları olmamalıydı. Çünki, onlar özlərindən sonra gələcək xələflərinin üzərinə bu ağır yükü qoyub getmişdilər. Üstəlik, Koçik və Serjik korrupsioner idilər, ölkəni talamışdılar. Mən seçkilərdə Qarabağ klanının iqtidar olacağına qətiyyən inanmıram. Əslində, bunu elə onların özləri də qəbul ediblər. Lakin, Koçik və Sərik Ermənistandakı siyasi kokofoniyadan istifadə etməyə çalışan opportunistlərdir. Paşinyandan qabaq Ermənistanı idarə edənlər müəyyən postulatlara sığınıb vaxt udmağa çalışırdılar. Erməni millətçilərinin əsas ideologiyası düşmən gördüklərini əsla olduğu kimi qəbul etməmək, onları necə görmək istədiklərini zavallı ermənilərə göstərməkdir. Bu, manipulyasiya və ya kazarma siyasətidir.

Bu gün məğlubiyyətdə bir-birini günahlandıran bütün erməni siyasi liderlər illərdir cəmiyyətə “qələbə” eyforiyası təbliğatı apardılar. Əslində, bu adamların arasında elə ciddi fərq də yoxdur. Paşinyan istisna olmaqla, hamısı seçkiləri saxtalaşdırdı. Əlbəttə, Nikol ideal deyil, ancaq onun siyasətdə olmasına görədir ki, Petrosyan belə rahat şəkildə siyasi arenadadır.

2018-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi Petrosyanın Köçəryanla əvəzlənməsində olduğu kimi müzakirə edilsə də, indi bunun heç bir əhəmiyyəti qalmayıb.

Mühüm olan budur ki, o zaman Ermənistandakı protest elektoratı 2018-ci il seçimini legitimləşdirməyi bacardı.

KAİM.az

Bu yazılara da göz atın...