Home banner Müdafiə Nazirliyindən VACİB AÇIQLAMA: Kəlbəcər istiqamətində ATIŞMA GEDİR – Ordumuz cavab tədbirləri GÖRÜR

Müdafiə Nazirliyindən VACİB AÇIQLAMA: Kəlbəcər istiqamətində ATIŞMA GEDİR – Ordumuz cavab tədbirləri GÖRÜR

by xeberleraz
797 views

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib.

Xeberleraz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu yazılara da göz atın...