Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Reklam sahəsi

Ukraynanın ən böyük raket və pilotsuz uçuş aparatları (PUA) istehsalçılarından biri olan “Fire Point” şirkətinin həmtəsisçisi Denis Ştilerman iddia edir ki, müvafiq qərar qəbul olunacağı təqdirdə Ukrayna öz nüvə silahını yarada bilər.

Elchi.az xəbər verir ki, o, jurnalist Olesya Batsmanın teleqram kanalında dərc olunmuş müsahibəsində bildirib.

“Əgər kimsə Ukraynanın nüvə silahı hazırlamaq iqtidarında olmadığını düşünürsə, burada mürəkkəb heç nə yoxdur. Əlbəttə ki, biz bunu edə bilərik”, — deyib.

Ştilerman qeyd edib ki, Ukrayna öz nüvə silahından təhlükəsizlik zəmanətləri müqabilində imtina edib, lakin bu zəmanətlər yerinə yetirilməmiş qalıb. “Əlbəttə, bu çox sadə bir prosesdir, orada hər şey aydındır. Bu, siyasi qərar məsələsidir”, — deyə o əlavə edib.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir