Narkotikin təsiri altında olan sürücü həbs edilib

Reklam sahəsi

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb.

Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda olan İsrafil Əliyev atasına məxsus “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İsrafil Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir