“Aspides” missiyasının Hörmüz boğazına köçürülməsi təklif olunub

Reklam sahəsi

Avropa İttifaqı “şərait imkan verdikdə” özünün “Aspides” dəniz missiyasını Qırmızı dənizdən Hörmüz boğazına — onun minalardan təmizlənməsi üçün yenidən yönəltməlidir.

Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidməti tərəfindən hazırlanmış Aİ Şurasının qərar layihəsində deyilir.

Sənədin mətnində qeyd olunur: “Şərait imkan verdikdə, Aİ-nin ‘Aspides’ dəniz missiyasına Hörmüz boğazının minalardan təmizlənməsində prioritet rol veriləcək ki, bu da Aİ-nin İngiltərə-Fransa koalisiyasının səylərinə töhfəsi olacaq”.

Bu, “Aspides” missiyasının Hörmüz boğazına köçürülməsi ilə bağlı ilk hüquqi təklifdir.

Sənədin iyunun ortalarında Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirlərinin müzakirəsinə təqdim ediləcəyi gözlənilir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir