İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin SAYI
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərə köç prosesi davam edir. Köçürülən ailələr içməli su ilə təmin edilirlər.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Məlumata görə, Şuşa şəhərinə 368 ailə, Xocavənd şəhərinə 231 ailə, Hadrut qəsəbəsinə 61 ailə, Qırmızıbazar qəsəbəsinə 162 ailə, Füzuli şəhərinə 846 ailə, Cəbrayıl şəhərinə 690 ailə, Zəngilan şəhərinə 84 ailə, Kəlbəcər şəhərinə 162 ailə və Laçın şəhərinə 608 ailə köçürülüb.
Bununla yanaşı, Ağalı kəndinə 262 ailə, Məmmədbəyli kəndinə 178 ailə, Şükürbəyli kəndinə 390 ailə, Horovlu kəndinə 311 ailə, Zabux kəndinə 223 ailə, Bəylik kəndinə 91 ailə, Sus kəndinə 59 ailə yerləşdirilib.
Xocalı rayonunun Xanyurdu, Daşbulaq, Badara, Təzəbinə, Seyidbəyli, Xanabad və Şuşakənd kəndlərinə ümumilikdə 877 ailə, Ağdərə rayonunun Çapar, Suqovuşan, Talış, Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı və Ortakənd kəndlərinə isə 803 ailə köçürülüb.
Köçürülən əhalinin dayanıqlı yaşayışının təmin edilməsi məqsədilə paralel olaraq içməli su, kanalizasiya və digər kommunal infrastruktur layihələri də həyata keçirilir.