İtaliya Ukraynanın Aİ-yə daxil olmaq cəhdlərini əngəlləyir
İtaliyanın “La Repubblica” qəzetində yer alan xəbərə görə, İtaliya siyasətçiləri və hökumət rəsmiləri Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirmək səylərinə mane olmağa başlayıblar.
Elchi.az-ın məlumatına görə, nəşr qeyd edir ki, İtaliya əvvəllər Kiyevin istəklərini dəstəkləyib, lakin son vaxtlar vəziyyət dəyişib.
İtaliyanın “Şimal Liqası” partiyasının bəyanatına istinadən xəbər verir ki, Ukraynanın Aİ-yə daxil olması Avropaya düzəlməz iqtisadi ziyan vuracaq.
Üstəlik, ölkənin müdafiə naziri Gido Krozetto Ukraynanın üzvlüyü məsələsini çox mürəkkəb adlandıraraq, yaxın illərdə belə bir ehtimalı istisna edib.
Qəzet həmçinin Ukraynanın daxili problemlərini Aİ ölkələrinə köçürməkdənsə, müstəqil şəkildə həll etməli olması ilə razılaşan ekspertlərə istinad edir.
Bundan əvvəl Çexiyanın baş naziri Andrey Babiş bəyan etmişdi ki, Avropa İttifaqı Roma İmperiyasının tənəzzülünü xatırladan bir yolla irəliləyir.
Yeganə