Yeni Zelandiyanın Şimal adasının sahilinə 24 kaşalot balinası çıxıb, onlardan 19-u tələf olub. Sağ qalan beş heyvanın vəziyyəti ağır qiymətləndirilir.
Elchi.az xəbər verir ki, bu barədə “Radio New Zealand” (RNZ) radiostansiyası ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə adanın şimal ucqarındakı “90-milli çimərlik” adlanan ərazidə baş verib. Çimərliyin həmin hissəsi hasarlanıb və heyvanların keçirdiyi stresi minimuma endirmək məqsədilə insanlardan onlara yaxınlaşmamaq xahiş olunub.
Xilasedicilərin qiymətləndirməsinə görə, sahilə çıxan kaşalotlar müxtəlif yaş qruplarına aiddir və onların hər birinin çəkisi 7-10 ton arasında dəyişir.
Məryəm