Hindistan 114 ədəd “Rafale” qırıcısı alacaq
Hindistan 114 Fransız “Rafale” təyyarəsi almağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəllər Hindistan Rusiyadan Su-57-ləri almağı planlaşdırırdı.
Fransa ilə müqavilənin dəyəri 40 milyard dollardır. Müqavilədə 114 Rafale təyyarəsindən 97-nin Hindistanda yığılması, qalan təyyarələrin isə birbaşa Fransa tərəfindən tədarük edilməsi nəzərdə tutulur.
Bundan əvvəl Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti (FSMTC) Hindistanın Su-57E-nin istehsalına başlaya biləcəyini açıqlamışdı.
Aprel ayında “Military Watch Magazine”, Hindistanın AL-51F-1 (İzdeliye 30) mühərrikləri ilə təchiz edilmiş Su-57 döyüş təyyarəsinin təkmilləşdirilmiş versiyası olan ilk 40 Su-57M1 qırıcısını aldıqdan sonra Rusiyanın beşinci nəsil təyyarələri üçün sifarişlərini genişləndirəcəyini bildirmişdi
Yeganə