Dünya

“GTA 6” oyununun satışları 2 milyard dolları keçərək yeni rekord qırdı

13 illik gözləyişdən sonra, böyük maraqla qarşılanan və ətrafında ciddi ajiotaj yaradan “Grand Theft Auto 6” videooyunu, əyləncə sənayesi tarixində ən böyük təqdimat (buraxılış) göstəricisinə imza atmış kimi görünür.
Elchi.az xəbər verir ki, analitik platforma “Sensor Tower”in məlumatlarına əsasən, açıq dünya janrında olan bu ekşn-macəra oyunu cümə axşamına qədər 24,5 milyon nüsxədən çox satılıb və təxminən 2,36 milyard dollar gəlir gətirib.
Müqayisə üçün qeyd edək ki, ilin indiyədək ən çox gəlir gətirən filmi olan “Spider-Man: Brand New Day” bütün nümayiş müddəti ərzində 2,5 milyard dollar qazanıb.
“GTA 6″nın tərtibatçısı olan “Rockstar” şirkəti və onun ana şirkəti “Take-Two” dəqiq satış rəqəmlərini açıqlamasa da, tələbatın misli görünməmiş səviyyəyə çatdığını bildiriblər. BBC şərh almaq üçün hər iki şirkətlə əlaqə saxlayıb.
Tarixin ən bahalı videooyunu
Bu oyun, “Rockstar”ın təxminən 30 ildir davam edən və tarixin ən populyar franşizalarından birinə çevrilən cinayət simulyasiyası seriyasının ən son hissəsidir. Seriya özündə “Amerika arzusu”na satirik yanaşmanı ehtiva edir və oyunçuları Floridadan ilhamlanaraq yaradılmış “Leonida” ştatında peşəkar cinayətkarların roluna daxil edir. Bu yeni hissə iki personajın – xırda cinayətkar Lusiya və onun şəriki Ceysonun hekayəsindən bəhs edir.
İstehsal xərclərinin 1 milyard dolları keçdiyi təxmin edilən “GTA 6”, indiyə qədər yaradılmış ən bahalı videooyundur.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir