Camal Qasımov “Eurovision Asia” açılışında çıxış edəcək

Müğənni Camal Qasımov beynəlxalq səhnədə növbəti uğura imza atıb.

Xeberleraz.com Kainat.tv-ə istinadən xəbər verir kiQafqazın ən böyük musiqi festivallarından olan “DreamFest”də çıxışından sonra sənətçi Asiyada ilk dəfə keçiriləcək “Eurovision Song Contest Asia” mahnı müsabiqəsinin rəsmi açılış proqramına fəxri qonaq kimi dəvət alıb.

Bu barədə “Zoop Club”ın rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Camal Qasımov noyabrın 14-də Tailandın paytaxtı Banqkokda baş tutacaq tədbirdə səhnəyə çıxacaq. Bu dəvət ifaçıya beynəlxalq auditoriya qarşısında çıxış etmək və yaradıcılığını daha geniş miqyasda təqdim etmək imkanı yaradacaq.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir