Ulduz futbolçu “Fənərbağça”ya “YOX” dedi

“Fənərbağça” daha bir ulduz futbolçudan rədd cavabı alıb.

Transfer pəncərəsinin son günlərində onların həmləsi uğursuz olub.

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Fənərbağça”nın marağına rədd cavabı verməyə və karyerasını İngiltərə klubunda davam etdirməyə hazırlaşır.

​Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıqdan sonra heyətini ulduz futbolçu ilə gücləndirmək istəyən Türkiyə təmsilçisi ingilis hücumçunu transfer etmək üçün səy göstərib. Lakin Reşford “Old Trafford”da qalmağa üstünlük verib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir