Kremldən sülh danışıqları barədə kəskin bəyanat: “Sülh mövzusu dərin pauzadadır”
Rusiya və Ukrayna arasında sülh danışıqları prosesi hazırda tamamilə dayanıb və gündəlikdə yeni heç bir ideya yoxdur.
bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Sülh danışıqları məsələsi – hazırda bu mövzu dərin bir pauzadadır, ortada heç bir yeni ideya yoxdur”, – deyə Kreml rəsmisi vurğulayıb.
Peskovun sözlərinə görə, Kiyev rəhbərliyi Rusiyanın tələblərindən tam xəbərdardır, lakin bu məsələləri sülh yolu ilə müzakirə etmək istəmir.
Məhz bu səbəbdən Rusiya tərəfi cəbhə xəttində özü üçün müsbət dinamikanı təmin etməyə və irəliləməyə davam edir.