Bakıya ulduz yağışı: “Barselona”, “Dortmund”, “Napoli”…

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu — “Barselona”, “Arsenal” və “Mançester Yunayted”ə qarşı!

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan çempionu “Sabah”ın bütün rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticələrinə əsasən, Bakı təmsilçisi turnir çərçivəsində dünya nəhəngləri ilə üz-üzə gələcək.

“Sabah”ın Bakıda qəbul edəcəyi rəqiblər:

“Barselona” (İspaniya)

“Borussiya” (Dortmund) (Almaniya)

“Napoli” (İtaliya)

“Slaviya” (Çexiya)

“Sabah”ın səfərdə qarşılaşacağı rəqiblər:

“Arsenal” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

“Vikinq” (Norveç)

Qeyd edək ki, “Sabah” 4 oyunu Bakıda, 4 oyunu isə səfərdə keçirəcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir