Türkiyənin silah daşıyan gəmisi piratların əlinə keçdi – 24 saat sonra…

Somali sahillərində Türkiyəyə məxsus yük gəmisinin ələ keçirilməsindən sonra bölgədə vəziyyət daha da gərginləşib.

Türkiyə gəmisinin qaçırılması ilə əlaqədar Moqadişoda yerləşdirilmiş Türkiyə F-16 qırıcı

larının Puntlandın Nuqaal bölgəsindəki Eyl rayonuna hava zərbəsi endirdiyi bildirilir. Hücum nəticəsində 4 nəfərin öldüyü qeyd olunur.

Puntland ABŞ, İsrail və BƏƏ ilə yaxın münasibətlərə malik bölgə hesab olunur. Son dövrlərdə burada İsrail və BƏƏ-nin hərbi mövcudluğunun artdığı, hərbi bazaların yaradılmasına başlanıldığı barədə məlumatlar yayılır.

Eyl şəhərində isə məşhur somalili pirat Fərəh Hirsi Kulan Buyahın rəhbərlik etdiyi dəniz quldurları qrupunun fəaliyyət göstərdiyi bildirilir. Bu qrupun bölgədə ciddi təsir imkanlarına malik olduğu qeyd olunur.

Hazırda Türkiyə gəmisinin qaçırılmasının piratlar tərəfindən müstəqil şəkildə həyata keçirildiyi, yoxsa hadisənin arxasında BƏƏ və ya İsraillə bağlı başqa maraqların dayandığı aydın deyil. Eyni zamanda, Associated Press-in məlumatında qeyd edildiyi kimi, gəminin göyərtəsində həqiqətən silahların olub-olmaması məsələsi də müzakirə mövzusudur.

Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Həmin vaxt nəqliyyat vasitələrinə ziyan vurulduqdan, müxtəlif növ silah və materiallar qarət edildikdən sonra ələ keçirilmiş gəmi geri qaytarılmışdı.

Son hadisələr fonunda Türkiyənin Somalidə tədricən İsrail və BƏƏ ilə maraqların toqquşduğu daha mürəkkəb qarşıdurmanın içinə çəkilməsi ilə bağlı fikirlər səsləndirilir. Somali silahlı qüvvələrinin daxilində mövcud olan fikir ayrılıqları da vəziyyəti ağırlaşdırır.

Bununla yanaşı, “Əş-Şəbab” terror təşkilatının hücumlarının intensivləşməsi Türkiyənin Somalidə üzləşdiyi təhlükələri daha da artırır. Mövcud vəziyyət nəzarətdən çıxan itkilər və əlavə hərbi xərclər riskini yüksəldə bilər.

Türkiyənin husilərə qarşı yaradılan hərbi-dəniz koalisiyasına qoşulması və bölgədəki digər problemlər də diqqət çəkir. Bu vəziyyət Türkiyənin Bab əl-Məndəb boğazı və Ədən körfəzi ətrafındakı əsas hərbi-dəniz qüvvələrinin yüksək riskli qarşıdurma zonasına düşməsinə səbəb ola bilər.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir