Avropanın ürəyində Şengen fiaskosu – Almaniya rəsmən sərhəd sisteminə keçəcək, əgər…

Almaniyada sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının hakimiyyətə gələcəyi təqdirdə ölkənin sərhəd və miqrasiya siyasətində köklü dəyişikliklər baş verə bilər.

Musavat.com xəbər verir ki, AfD lideri Alis Vaydel ZDF telekanalına müsahibəsində partiyasının hakimiyyətə gələcəyi halda Almaniyanın sərhədlərini bağlayacağını və Şengen sazişindən çıxacağını bildirib.

Vaydel açıq sərhədlərin Almaniyanın daxili təhlükəsizliyinə təhdid yaratdığını hesab etdiyini deyib. Onun sözlərinə görə, AfD hakimiyyətə gəlsə, ölkənin sərhədlərinə nəzarət ciddi şəkildə gücləndiriləcək.

AfD lideri avronu da sərt tənqid edib. Vaydel Almaniyanın avronun tətbiqindən əvvəl iqtisadi baxımdan daha yaxşı vəziyyətdə olduğunu bildirib.

“Avronun tətbiqindən əvvəl Almaniyanın vəziyyəti xeyli yaxşı idi. Biz işləyən əhalinin geniş təbəqələrinin ümumi yoxsullaşmasını görürük”, – Vaydel deyib.

O, AfD-nin hakimiyyətə gələcəyi halda miqrasiya siyasətini də ciddi şəkildə sərtləşdirəcəyini açıqlayıb. Plana deportasiyaların sayının artırılması və əcnəbilərin Almaniya vətəndaşlığı almasının məhdudlaşdırılması daxildir.

Vaydel Almaniyada yaşayan 1,3 milyon suriyalının da öz ölkələrinə qaytarılmalı olduğunu bildirib.

AfD-nin bu planlarının həyata keçirilməsi Almaniyanın təkcə daxili siyasətində deyil, Avropanın sərbəst hərəkət və sərhəd sistemində də ciddi dəyişikliklərə səbəb ola bilər.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir