“Soyqırım”dan Qarabağa uzanan yeni məkrli xətt – ermənilər planı açıqladı

“Qondarma erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin siyasi vasitəyə çevrilməsi və eyni yanaşmanın gələcəkdə Qarabağ mövzusunda Azərbaycana qarşı tətbiq edilməsi təklif olunur.

Musavat.com xəbər verir ki, erməni tarixçi Suren Manukyan bildirib ki, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesi artıq çoxdan Ermənistan daxilində aparılan müzakirələrin çərçivəsindən çıxıb və İrəvan hansı dövlətin bu məsələ ilə məşğul olub-olmayacağını müəyyənləşdirə bilməz.

Manukyanın sözlərinə görə, əgər ayrı-ayrı dövlətlər bu məsələnin vacib olduğunu və tanınmalı olduğunu hesab edirlərsə, Ermənistan hakimiyyətinin buna qarşı çıxmaq hüququ yoxdur.

“Bu, bizim faciəmizdir və biz bu cinayətin qurbanlarıyıq. Eyni zamanda yadda saxlamaq lazımdır ki, soyqırımı ümumilikdə insanlığa qarşı ən ağır cinayətlərdən biridir”, – tarixçi bildirib.

Manukyan daha sonra eyni məntiqin gələcəkdə Qarabağ məsələsində də işləyə biləcəyini söyləyib. Onun fikrincə, müəyyən müddətdən sonra müxtəlif dövlətlər Azərbaycana qarşı Qarabağ ermənilərinin “etnik təmizlənməsi” və bölgədə baş verdiyi irəli sürülən cinayətlər mövzusundan siyasi vasitə kimi istifadə edə bilərlər.

Erməni tarixçi hesab edir ki, Ermənistanın vəzifəsi belə proseslərin qarşısını almaq deyil. O, İrəvanın buna mane olmaq imkanının olmadığını bildirərək, əksinə, yaranacaq prosesin nəticə və üstünlüklərindən istifadə edilməsini təklif edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir