Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Reklam sahəsi

Pakistanın təhlükəsizlik qüvvələri həbsdə olan keçmiş baş nazir İmran Xanın azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi nümayişləri dağıdaraq onun 100-dən çox tərəfdarını həbs edib.

Elchi.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, minlərlə insanın iştirak etdiyi aksiya və yürüşlər müxalif “Ədalət Uğrunda Hərəkat” partiyasının çağırışı ilə İmran Xanın azadlıqdan məhrum edilməsinin üç illik ildönümü münasibətilə İslam respublikasının ən böyük şəhərlərində baş tutub. Müxalifət fəallarını dağıdarkən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib. Lahor, Mianvali və Ravalpindi şəhərlərində nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında yaşanan toqquşmalarda, aksiyanı işıqlandıran jurnalistlər də daxil olmaqla, çoxlu sayda yaralanan var.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir