SpaceX raketi Aya düşdü
Təxminən bir ildir orbitdə hərəkət edən SpaceX Falcon 9 raketinin ikinci mərhələsi, proqnozlaşdırıldığı kimi, çərşənbə günü Ay səthinə düşdü.
Elchi.az xəbər verir ki, saatda 8700 kilometr sürətlə baş verən toqquşma birbaşa müşahidə edilə bilməsə də, Çilidəki bir teleskop toqquşma nəticəsində yaranan zibil və toz buludunu aşkar etdi.
Mütəxəssislər raket parçasının Aya dəyməsinin qaçılmaz bir nəticə olduğunu bildirdilər.
Bu hadisə ABŞ və Çinin Aya astronavt göndərmək üçün yarışlarını davam etdirdiyi bir vaxtda kosmik zibillərlə bağlı narahatlıqları yenidən ön plana çıxardı.
2022-ci ildə Çin raketi də eyni şəkildə nəzarətsiz şəkildə Ay səthinə düşdü.
SpaceX rəsmisi Julianna Scheiman qəzanın qəsdən baş vermədiyini və raketin trayektoriyasının günəş aktivliyi və cazibə qüvvələrinin birləşməsi nəticəsində Aya doğru dəyişdiyini izah etdi. Bildirildi ki, şirkət gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün NASA ilə əməkdaşlıq edir.
Çilidə teleskop vasitəsilə dağıntı buludu aşkar edilib
Boston Universitetindən Karl Şmidt bildirib ki, komandasının müşahidələri Ayda toqquşmanın əlamətlərini açıq şəkildə göstərir. Çilidəki Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu (VLT) toqquşmadan sonra kosmosa yayılan natrium və litium axını aşkar edib.
Astronomlar raketin Aydakı Eynşteyn kraterinin yaxınlığındakı boş bir əraziyə düşdüyünü təxmin edirlər.
Kraterin və toqquşmanın baş verdiyi ərazidəki ziyanın dəqiq görüntüləri üçün NASA-nın Ay Kəşfiyyat Orbiterinin (LRO) bölgənin üzərindən keçib fotoşəkillər çəkməsi gözlənilir.
4 ton ağırlığında və 12 metrdən çox uzunluğunda olan raket parçası 15 yanvar 2025-ci ildə Cape Canaveral-dan iki özəl Ay vasitəsinin buraxılması üçün istifadə edilib. Missiyadan sonra orbitə buraxılan raket nəzarətdən çıxıb və sürüşməyə başlayıb.
Şayəstə