Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Reklam sahəsi

9-cu sinif şagirdlərinin buraxılış imtahanının Azərbaycan dili fənni üzrə ən yüksək nəticə göstərən məktəblərin siyahısı açıqlanıb.

Elchi.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri BDU-nun nəzdində “Gənc istedadlar” liseyi tutub. Təhsil müəssisəsində imtahanda iştirak edən 22 şagirdin orta bal göstəricisi 84,40 faiz olub.

İkinci yerdə Akademik Zərifə Əliyeva adına lisey qərarlaşıb. Lisey üzrə 108 şagirdin orta balı 84,20 faiz təşkil edib.

Üçüncü sırada isə Bakı Avropa liseyi yer alıb. Burada imtahanda iştirak edən 70 şagirdin orta bal göstəricisi 79,19 faiz olub.

Bakı şəhəri Texniki humanitar liseydə 26 şagirdin orta balı 79,16 faiz təşkil edib.

Bakı şəhəri 291 nömrəli Ekologiya liseyində 19 şagirdin orta bal göstəricisi 78,51 faiz olub.

Bakı şəhəri 289 nömrəli tam orta məktəb – “Zəngi” liseyində 20 şagirdin orta balı 76,50 faiz təşkil edib.

“İstanbul Liseyi” MMC-də 24 şagirdin orta bal göstəricisi 76,39 faiz olub.

Bakı şəhəri 147 nömrəli texniki-humanitar təmayüllü liseydə 18 şagirdin orta balı 75,09 faiz təşkil edib.

Qax rayonu 3 nömrəli şəhər tam orta məktəbində 14 şagirdin orta bal göstəricisi 73,58 faiz olub.

Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseydə 19 şagirdin orta balı 73,33 faiz təşkil edib.

İsmayıllı rayonu 1 nömrəli şəhər tam orta məktəbində 24 şagirdin orta bal göstəricisi 73,20 faiz olub.

Bakı şəhəri “Ankara Məktəbi” məktəb-liseyində 66 şagirdin orta balı 72,32 faiz təşkil edib.

Beyləqan rayonu 4 nömrəli şəhər tam orta məktəbində 12 şagirdin orta bal göstəricisi 72,08 faiz olub.

“İdrak” liseyinin Bakı filialında 35 şagirdin orta balı 72,05 faiz təşkil edib.

Şəki rayonu 8 nömrəli şəhər tam orta məktəbində 72 şagirdin orta bal göstəricisi 71,73 faiz olub.

H. Əliyev adına Müasir Təhsil Kompleksində 44 şagirdin orta balı 71,32 faiz təşkil edib.

Sumqayıt şəhəri “Təfəkkür” liseyində 35 şagirdin orta bal göstəricisi 71,24 faiz olub.

Mingəçevir şəhəri 3 nömrəli şəhər tam orta məktəbində 54 şagirdin orta balı 70,99 faiz təşkil edib.

Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə 47 şagirdin orta bal göstəricisi 70,85 faiz olub.

Siyəzən rayonu 6 nömrəli şəhər tam orta məktəbində 10 şagirdin orta balı 70,51 faiz təşkil edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir